“Azercell Telecom” SMS tariflərini artırır? -  (Yeniləndi)

“Azercell Telecom” MMC yanvarın 12-dən etibarən fakturalı və fakturasız (Sim Sim) abunəçilər üçün SMS tariflərinin orta hesabla 2 dəfə artırılacağı haqda xəbərlərə aydınlıq gətirib. “Azercell Telecom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya tərəfindən “AzPolitika.info”nun elektron poçtuna göndərilən məktubda deyilir:

“Hörmətli baş redaktor,

11 Yanvar 2019-cu il tarixində saytınızda yerləşdirilən “Azercell SMS tariflərini 2 dəfə artırır” başlıqlı yazıya “Azercell Telecom” MMC olaraq aydınlıq gətirmək istərdik.

Ölkədə mobil rabitə bazarının lideri olan “Azercell Telecom” MMC-i hər zaman abunəçilərin rahatlığını düşünərək innovativ həllərin, müasir texnologiyaların köməyi ilə istifadəçilərə yüksək keyfiyyətli xidmətlər göstərməyi hədəfləyir. Qeyd edim ki, öz biznesini şəffaflıq və dürüstlük üzərində qurmağı zəruri hesab edən “Azercell Telecom” MMC fəaliyyətinə dair hər bir dəyişiklik haqda ictimaiyyəti və abunəçilərini müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə Kütləvi İnformasiya Vasitələrinin (KİV) köməyi ilə məlumatlandırır. Lakin saytınızda qeyd edilən tarixdə dərc olunan yazıda şirkətin fəaliyyətinə aid məlumatların təhrif olunmuş şəkildə oxuculara çatdırılması “Azercell Telecom” şirkətinin nüfuzuna xələl gətirmək, insanlarda şirkət haqda mənfi rəy formalaşdırmaq cəhdi təəssüratını yaradır. Məsələyə aydınlıq gətirmək üçün aşağıdakı məqamlara toxunmaq istərdik:

“Azercell Telecom” MMC sabahdan fakturalı və fakturasız (Sim Sim) abunəçilər üçün SMS tariflərini orta hesabla 2 dəfə artırır” –olaraq çatdırılan məlumatı nəzərdən keçirək. Belə ki, qeyd edilən dəyişiklik 12.02.2019-cu il tarixindən etibarən qüvvəyə minəcək və qanunvericiliyə əsasən dəyişiklik barədə məlumat abunəçilərimiz üçün müvafiq olaraq 30 təqvim günündən əvvəl yayımlanıb.

“Xatırladaq ki, “Azercell Telecom” bu ilin əvvəlindən roaminqdə istifadə edilən interneti də 80% bahalaşdırıb” – şəklində qeyd edilən məlumat da təhrif olunub. 10.01.2019-cu il tarixindən etibarən yalnız Gürcüstan və Türkiyə ölkələrində Fakturasız xətt nömrələri üçün rominqdə internet istifadəsinin tarifi bir MB görə ƏDV daxil 0.55 AZN-dən ƏDV daxil 0.99 AZN-ə obyektiv səbəblərə görə dəyişdirilib. Lakin, həmin yeni tariflər Gürcüstan və Türkiyə ölkələrində analoji xidmətlərilə bağlı bazarda tətbiq edilən tariflərdən xeyli azdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq saytda dərc edilən qərəzli məqalə ilə bağlı bu təkzibin dərc edilməsini, həmçinin gələcəkdə “Azercell Telecom” MMC-nin fəaliyyətinə aid məlumatların dərcindən əvvəl KİV haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan araşdırma çərçivəsində şirkətin mövqeyinin nəzərə alınmasını xahiş edirik”.

***

“Azercell Telecom” MMC sabahdan fakturalı və fakturasız (Sim Sim) abunəçilər üçün SMS tariflərini orta hesabla 2 dəfə artırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin abunəçilərə müraciətində bildirilir.

Məlumata görə, fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “Gənc Sim””, “Bölgə” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər SMS-in qiyməti 2 qəpik və yaxud 67% artırılaraq 5 qəpik, fakturalı xətt sistemində mövcud olan “Hər yerə”, “Ailə tarif”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri çərçivəsində isə hər SMS-in qiyməti isə 2,5 dəfə artırılaraq yenə də 5 qəpik müəyyən edilib.

Xatırladaq ki, "Azercell Telecom" bu ilin bu ayın əvvəlindən roaminqdə istifadə edilən interneti də 80% bahalaşdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar