Mosulda daha bir kütləvi məzarlıq - 38 qadın meyiti

İraqın Mosul şəhərində daha bir kütləvi məzarlıq aşkar edilib.

Trend-in məlumatına görə, şəhərdən 40 km cənubda, Şora rayonunun Kabir kəndində aşkar edilmiş məzarlıqda 38 qadın meyiti olub.

Qadınların İŞİD terror təşkilatının silahlıları tərəfindən öldürüldüyü bildirilir.

Meyitlərin kimliyini müəyyənləşdirmək və yaxınlarına təhvil vermək üçün araşdırmalara başlanılıb.

Qeyd edək ki, Mosulda indiyə qədər 200-dən çox kütləvi məzarlıq tapılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar