"Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə..." - Səhiyyə Nazirliyi

Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, müxtəlif KİV-lərdə Azərbaycanda donuz qripinin olması barədə məlumat yayılıb: "Azərbaycanda donuz qripi yoxdur. Əhalidə xof yaratmaq olmaz. Qonşu ölkələrdə donuz qripinin olması elan edilib. Azərbaycanda donuz qripi kütləvi şəkildə yayılarsa, səhiyyə sistemi onun qarşısını ala bilər, tibb işçiləri onun qarşısını almaq iqtidarındadırlar".

İ.Ağayev əlavə edib ki, ölkəyə donuz qripi ilə əlaqədar vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil: "Qonşu Gürcüstanda H1N1 virusu yayılıb. Ancaq biz heç kimə qadağa qoya bilmərik ki, Azərbaycana gəlməyin və ya burdan getməyin. Gürcüstanda olan xəstələrin hamısı izoləedici şəraitdədirlər".

635x100

Şərhlər

S.H. 2019-01-11 15:08:47

Yat--- Yat Yat ay Bala!? SEN deyen olmayib hele!

Son yazılar