Əsgərlikdən təzə gələn gənci qanına qəltan etdilər - Bakıda cinayət

Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"AzPolitika" xəbər verir ki, Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından Baku.ws-ə verilən məlumata görə, hadisə bu saatlarda baş verib.

Əraziyə həkimlər cəlb olunsa da həkimlər gələnə qədər gənc oğlan dünyasını dəyişib.

Cinayət Nizami metro stansiyası yaxınlığında, Salatın Əsgərova küçəsi 64 ünvanın qeydə alınıb.

Öldürülən gənc yenicə əsgərlikdən gələn 22 yaşlı Emin Şəmiyevdir.

Faktla bağlı araşdırmalara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar