Həbibdən azərbaycanlı futbolçuya müraciət - “Məni pis vəziyyətdə qoyma”

Yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Rusiyanın "Spartak" klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.

BakuPost xəbər verir ki, 31 yaşlı döyüşçü şəxsi "Instagram" hesabından 23 yaşlı yarımmüdafiəçinin ona bənzədilməsinə münasibət bildirib.

H.Nurməhhəmədov sosial şəbəkədə "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma" fikirlərini səsləndirib.

Xatırladaq ki, 22 yaşlı Ayaz Quliyev illik 1,2 milyon avroya yenidən "Spartak”a qayıdıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar