"Yüksək ixtisaslı əcnəbilər ABŞ vətəndaşlığı ala biləcəklər" - Tramp

Yüksək ixtisaslı mütəxəssislərin ABŞ-da qalması tezliklə sadələşdiriləcək, bu həm də onlara gələcəkdə ABŞ vətəndaşlığı almaq imkanı verəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"H1-B vizasının (yüksək ixtisaslı mütəxəssis vizaları) sahibləri əmin ola bilərlər ki, qarşıdakı dəyişikliklər onların ABŞ-da qalmalarını, o cümlədən mümkün vətəndaşlıq almalarını asanlaşdıracaq və təmin edəcək. ABŞ işləmək üçün istedadlı və yaxşı hazırlıqlı insanları ölkəyə cəlb etmək niyyətindədir", - Tramp yazıb.

Daha əvvəl D.Tramp "qrin kart" viza lotereyasını ləğv etmək niyyətini açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar