Vaşinqton Arktikaya hərbi gəmilər göndərmək niyyətindədir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi gəmilərin Arktika şəraitində işləməsini yoxlamağı planlayır və bu məqsədlə yayda bölgəyə hərbi gəmilər göndəmək niyyətindədir («USNINews»).

ABŞ hərbi-dəniz qüvvələrinin başçısı Riçard Spenserin sözlərinə görə, Vaşinqton bölgədə azad gəmiçiliyi təmin etmək istəyir. O, əlavə edib ki, NATO komandanlığı Arktikada əməliyyətlara tələbləri gücləndirməlidir.

Bundan əvvəl donanma komandanı, admiral Nikolay Yevmenov Müdafiə Nazirliyi (MN) kollegiyasının Vladimir Putinin iştirakı ilə keçirdiyi iclasda bəyan etmişdi ki, Rusiyanın Şimal donanması Arktikada hava patrulu xidmətini bərpa edib.

«Bu il biz, qayıq əleyhinə uzaq mənzilli təyyarələrin Arktikada və digər rayonlarda hava-patrul xidməti keçməsini dövri əsaslarla bərpa etmişik» - deyə, admiral bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar