ABŞ iqtisadiyyatının «şatdaun»dan itkisi – Bir həftəyə 1,2 milyard dollar

Dərc olunub: 11/01/2019 - 22:57

abs ag ev«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birəşmiş Ştatları (ABŞ) Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Kevin Hasset istisna etmir ki, 2018-ci il dekabrın 22-dən federal idarələrin bir hissəsinin fəaliyyətinin dayandırılması səbəbilə, ölkə iqtisadiyyatının həftəlik itkiləri 1,2 milyard dollar təşkil edə bilər.

«Politico» nəşrinin bildirdiyi kimi, baxmayaraq ki, belə itkilər ölkə iqtisadiyyatının inkişafını cəmi 0,05 faiz zəiflədir, bu itkilər ABŞ hökumətinin məqsədlərinə çatmaq işini – ÜDM-in stabil yüksəlişini 3,0 faiz səviyyəsində zəiflədir («Finmarket»).

«Beynəlxalq Maliyyə Mərkəzinin» eksperti Vladimir Rodankovski öz şərhində göstərir ki, «turbulentliyin episentrində aviaşirkətlər, avtomobil istehsalçıları sektorları» yer alır.

Onun sözlərinə görə, xüsusilə, «Amerika avişirkətləri pisləşən perspektivlə qarşılaşırlar, nədən ki, iqtisadi qeyri-müəyyənlik insanları səfərləri təxirə salmağa vadar edir».












loading...


Fikrinizi bildirin