Məşhur ispaniyalı futbolçu "Monako"ya transfer olub

İngiltərənin "Çelsi" klubunun futbolçusu Sesk Fabreqas karyerasını "Monako"da davam etdirəcək.

"Report"un knyazlıq təmsilçisinin rəsmi saytına istinadla verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi ilə 30 iyun 2022-ci ilədək müqavilə bağlanılıb. 31 yaşlı oyunçu 10 milyon avrodan çox bonus əldə edəcək.

Fabreqas "Çelsi"də 2014-cü ilin yayından çıxış edib. O, əvvəllər "Barselona" və "Arsenal"ın da formasını geyinib. Cinah oyunçusu bu mövsüm Premyer Liqada 6 matçın iştirakçısı olub.

Hazırda "Monako" Fransa Liqasında 19-cu pillədə qərarlaşıb. Tyerri Anrinin baş məşqçi olduğu komanda XX turda "Marsel"in qonağı olacaq. Oyun yanvarın 13-də "Velodrom" stadionunda keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar