Köçəryanın həbs müddətinin uzadılması üçün müraciət olundu

Ermənistanın Xüsusi istintaq xidməti eks-prezident Robert Köçəryanla bağlı İrəvan şəhər məhkəməsi qarşısında vəsatət qaldırıb.

Musavat.com erməni mətbuatına istinadla xəbər verir ki, ərizədə R.Köçəryan barədə seçilmiş həbs qətimkan tədbirinin daha iki ay müddətinə uzadılması xahişi əksini tapıb. İstintaq xidmətinin mətbuat katibi Marine Aqandjanyan məlumatı rəsmən təsdiqləyib.

Qeyd edək ki, 9 yanvarda R.Köçəryanın vəkilləri istintaqa cinayət təqibinin dayandırılmasını tələb edən vəsatət təqdim etmişdilər. Onların iddiasına görə, eks-prezidentin əməllərində ittihamda əksini tapan məqamlar mövcud deyil.

Apelyasiya məhkəməsi 7 dekabr 2018-ci ildə R.Köçəryanla bağlı 27 iyul məhkəməsinin qərarını qüvvədə saxlayaraq, onun yenidən həbs olunması barədə qərar çıxarmışdı.

Rusiya rəhbərliyinin R.Köçəryana son yarım ildə iki dəfə təbrik ünvanlaması cani prezidentin müdafiəçilərində ümid yaratmışdı. Amma belə görünür ki, Paşinyan hökuməti Qarabağ klanının əsas üzvlərindən birini sərbəst buraxıb özünə problemlər yaratmaq istəmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar