Azərbaycanda I qrup təyinatları 56 faiz azalıb

“Əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində ötən ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Nazir qeyd edib ki, əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət olunub.

S.Babayev bildirib ki, hesabat ilində 11 900 nəfərə reabilitasiya xidmətləri göstərilib, 35 300 reabilitasiya vasitəsi, 7557 sanator-kurort yollayışı verilib: “Keçən il Dövlət Məşğulluq Xidməti tərəfindən əvvəlki ilə nisbətən 8,1 faiz çox olmaqla 51 774 nəfər işlə təmin edilib, 118 138 nəfər peşəyönümü məsləhətlərinə, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənilib. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 91,3 min artıb”.

O vurğulayıb ki, özünüməşğulluq proqramı ötən il 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib: “5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb. Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələri, qadınlar və gənclər təşkil edib. Heydər Əliyev Fondu bu istiqamətdə Nazirliyə dəstək verib və “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb. İctimai işlərin təşkilinə dair “İşsizin dostu” adlı yeni proqram hazırlanıb, “DOST İŞ MƏRKƏZİ” yaradılıb. Mərkəz vasitəsilə bu il 30 minədək işsiz şəxs ictimai işlərə tam şəffaf şəkildə cəlb ediləcək”.

635x100

Şərhlər

NURəddin 2019-01-12 09:58:59

AZƏRBAYCANDA ARTIQ BƏŞƏRİ CİNAYƏTLƏR BAŞ VERİR.ƏLİLƏ ZÜLM ETMƏK İNSANLIĞIN BİTDİYİ YERDİR.BÜTÜN MÜTƏRƏQQİ DÜNYA BUNU ÖLKƏIMİZƏ TƏTBİQ EDƏN CİNAYƏTKARLARIN ÜSTÜNƏ GETMƏLİ, BU SİTƏMİ DURDURMALIDIR. BİZ MİLLƏTİMİZİN BU DƏRƏCƏDƏ RƏZİL BİR DURUMA SALINMASINA İMKAN VERMƏMƏLİYİK.ƏLİLLƏR VƏ XƏSTƏLƏR ALLAHIN SAĞLAMLARA ETİBAR VƏ HƏVALƏ ETDİYİ BƏNDƏLƏRİDİR.

t.ədalət 2019-01-12 09:58:59

Maliyyə çətinliyinə görə əlillik dərəcələrini zorla aşağı salmaq cinayyətdir.Biriunci dərəcəli əlillər,artıq hərəkət imkanlarını tam itirmiş,xərçəng və digər müalicəsiz xəstələrdir.Onların yaşaması üçün böyük vəsait tələb olunur.Odur ki,onların dərəcələrini endirmək onlara qarşı düşmən olmaqdır.

Elli 2019-01-12 09:58:59

Əlil insanlara əlillik verilməlidir. Əlillərin pulu ilə qənaətcillik etməklə nə cibiniz dolacaq, nə də büdjəniz!

Bashirov Qarib 2019-01-12 09:58:59

Faktiki xəstələrin sənədlərini xəstəxanalar umumiyyətlə göndərmirlər. Tam saglam adamlardan 3-5min alıb saxta əlillik duzəldirlər. Özunə məşgulluq dedikdə də bazrdan 200-300 manatlıq qoca,arıq və xəstə inəkləri alıb,ikisini 5000 man. hesabı ilə vətəndaşlara sırımaqlarını deyir ,yəqin.

Son yazılar