Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər - FOTO

Dünən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.

Trend-in diplomatik dairələrdən aldığı məlumata əsasən, görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar.

 Xatırladaq ki, 2018-ci ilin dekabr ayının 26-da Mehman Hüseynova qarşı islah müəssisəsinin əməkdaşının döyülməsi faktı üzrə yeni ittiham irəli sürülüb. Buna etiraz olaraq Hüseynov aclıq aksiyası keçirib.

Qeyd edək ki, dünən məhkum bloger ictimaiyyətə müraciət edərək, sağlam olduğunu, qida qəbul etdiyini və aclıqdan sonra bərpa olunduğunu bildirib.

 

635x100

Şərhlər

keçici qırmızı bayraqlar 2019-01-12 11:48:45

O xaricilərin yanına Mehmanın "başını yararaq dişlərini qarnına tökdüyü", iki maşına bir nömrə alıb gəzən zərərçəkmiş nadzirovoyu göstərirdiniz də, bəlkə ona ürəyiyumşaq xaricilər bir az avro verərdilər (təzə nömrə üçün)!!!!!!!!!!

Oqtay 2019-01-12 11:48:45

Bir informasıya verəndə kimdən almağınızı da yazın ki ona söyə bilək

Son yazılar