Lider TV cərimələndi - Məhkəmə qərarı

Milli Televiziya və Radio Şurası 2018-ci ildə yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirlərini açıqlayıb.

BakuPost-un məlumatıma görə, şura tərəfindən aparılmış monitorinqlər zamanı Lider televiziyasının efirində 2 noyabr 2018-ci il tarixdə saat 09:00-11:50 arası yayımlanan "Tezdən oyan” proqramında ümumilikdə 20 (iyirmi) dəqiqə sponsor reklamı verilməsi faktı aşkar edilib və bununla "Reklam haqqında” qanunun 13.2-ci maddəsinin (Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır) tələbinin pozulduğu müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən "Lider TV və Radio Azərbaycan” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə "Lider TV və Radio Azərbaycan” MMC barəsində 5 min manat cərimə cəzası tətbiq edilib.

635x100

Şərhlər

Bashirov Qarib 2019-01-12 12:49:48

Necə,2 dəqiqə,özu də butun veriliş boyu??? Xoşqədəm hidayətqızı 3 saatlıq verilişinin tam-tamına 40-50 dəqiqəsini sponsorlarına həsr edir. Sonradan da mətbuatda bu sponsorların dələduzluqları barədə silsilə yazılar gedir. Hamısı da inzibati orqanların rəsmi məlumatlarına əsaslanır.Agına bozuna baxmadan dələduz həkimləri reklam edir.Yoxsa,Xoşqədəmin qışqıra-qışqıra sponsor reklamlarını dayandırmaq muşkul məsələdir?

Son yazılar