Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!

Bakıda QHT rəhbərinin oğlu sosial şəbəkədə jurnalist Mirşahin Ağayev haqqında yazdığı fikirlərinə görə polis tərəfindən saxlanılıb.

Bu barədə Unikal.org-a Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova məlumat verib.

O, bildirib ki, oğlunu Sabunçu Rayon 12-ci Bölməsinin əməkdaşları dünən gecə yaşadığı evdən bölməyə apararaq saxlayıblar:

"Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4,ev 2 A ünvanında olan mənzilimizə gələrək oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar.Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar.Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər.Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb.Mənim oğlum tərbiyəli gəncdir, kimisə təhqir edəcəyini düşünmürəm.Mən də oğlumdan soruşdum dedi ki, ana dəqiq xatırlamıram.Ola bilər Mirşahin haqqında paylaşımın rəy bölümünə gülüş işraəsi qoymuşdum onu nəzərdə tuturlar.Ya da kimsə paylaşıma Mirşahin haqqında təhqir yazmışdı, mən də altına rəhy yazmışdım ki, ona bu da azdır.Yəgin onu nəzərdə tuturlar.Mən onu qeyd edim ki, oğlum təhqir yazmayıb, burada cinayət tərkibi yoxdur. Mən aidiyyatı orqanlardan xahiş edirəm ki, oğlumun azad olunması ilə bağlı mənə kömək etsinlər".

635x100

Şərhlər

X 2019-01-12 14:11:04

..neden rehmetlik .....deyene sozun olmadi ....?

Bashirov Qarib 2019-01-12 14:11:04

QHT rəhbəri deyə bilmir ki,Mirşahin televiziyadan Azərbaycanın ən vətənpərvərvər ogullarını və qızlarını kuçədə belə, bərkdən deyilməsi ayıb sayılan nalayiq sözlərlə söyəndə,camaatın anasını və bacısını sevməklə təhdid edəndə niyə ona cavab vermək təhqir sayilmalıdır.?

Əli 2019-01-12 14:11:04

Lap 1000 nəfər tutsalar da millətin fikri dəyişmir

MIRŞAHİNİN 2019-01-12 14:11:04

VƏ .... ARTIQ ÇOXDAN HAMIYA MƏLUMDUR!!!

t.ədalət 2019-01-12 14:11:04

Mirşahin,görünür, əsil peşəsinə yaxınlaşır.Belə getsə,gərək Azərbaycanın yarısı həbs oluna.Onunla "Azərbaycan" qəzetində birlikdə işləyərkən də hansı məssəbə qulluq etdiyini ayırd edə bilmədim.Əsil peşəsində,təəssüf ki ona uğurlar diləmək olmur..

ABDULQADIR 2019-01-12 14:11:04

Vallahi hech ne anlamiram.Xeriteni enine uzununa ha vara-vurd eledim yene bir netice vermedi.Bele ki,hardansa bashima düshdü ki,belke bu memleket tamamen yeni kesf olunmush qiteye filana köchüb dünya ailesinden ayrilib,ancaq gördüm ele bir shey yoxdur.Bele düshünmeyime sebeb Calal müellim demish,........ TV achib dünyayi-alemin gözü qarsisinda xalqi küche söyüshleriyle söydürenler genc bir deliqanlini sosial shebekede az kimsenin gördüyü yere nese cizdigina göre tutdurublar.

Son yazılar