“ONLARIN İŞİ ANCAQ SƏRVƏT TOPLAMAQDIR?” – “5-ci kolon” yenə aktivləşdirilib”

“Şükürlər olsun ki, Azərbaycanın böyük dövlətlərin güclərini sınadığı poliqona çevrilməsinə imkan verməməşik. Burada xarici güclərə işləyən “5-ci kolon” həmişə olub. Onları zaman-zaman aktivləşdirməklə Azərbaycan dövlətinə təzyiq edirlər. Yenə də aktivləşdiriliblər”.

“AzPolitika.info”nun məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “teleqraf.com” saytına müsahibəsində deyib.

Partiya sədri Azərbaycanda “5-ci kolon”un fəallaşması haqda suala cavabında bu barədə danışıb. Qüdrət Həsənquliyev deyib ki, ölkəmiz strateji əhəmiyyətli bir coğrafiyada yerləşdiyi üçün böyük dövlətlərin burada maraqları həmişə toqquşub: “Son vaxtlar Azərbaycanın daha da güclənməsinə yol açan iqtisadi islahatlar və Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi ilə Qarabağın işğaldan azad olunması üçün imkanların yaranması ermənipərəst qüvvələri təşvişə salıb. Onlar rəsmi Bakını qorxudub bütün təşəbbüslərə son qoyulmasını istəyirlər. Daxildə də heç kimə sirr deyil ki, xarici dövlətlərin ümid verdiyi, yaranacaq siyasi böhrandan istifadə edib hakimiyyətdə yerini möhkəmlətmək, yaxud hakimiyyətə gəlmək istəyən qüvvələr var. Avropadan söyüş söyənlərin bir qrupu onlar tərəfindən yönləndirilir”.

Millət vəkili fikrini belə əsaslandırıb: “Kimlər hədəf seçilir - Prezident və onun ailəsi, Prezidenti ölkədə sabitliyin təminatçısı kimi görüb onu qorumaqla Azərbaycanı qoruduqlarını düşünən insanlar. Elçibəy iqtidarında da belə iddialılar var idi. Elçibəy devriləndən sonra aqibətlərinin necə olduğunu hamımız gördük. Əslində dövlət orqanları da, ictimaiyyət də bir az diqqətli olsa, belələrinin kimliyini dərhal müəyyən edə bilər. Bəzən elə hadisələr baş verir ki, düşünürsən, yəqin söyüşçülər dəstəsi bu fürsəti buraxmaz, amma sonra tam bir sükut müşahidə edirsən. Sanki heç nə baş verməyib. Fikir versəniz görərsiniz ki, nə həmin yüksək vəzifəli səxslər, nə onların yüksək vəzifələrə təyin etdiyi qohumları və övladları Prezidentin təhqir olunmasına heç bir reaksiya vermirlər. Sanki onların işi ancaq sərvət toplamaqdır. Prezidenti müdafiə etmək isə yalnız Əli Həsənova, bir neçə deputata və jurnalistlərə aid məsələdir.

Amma kimsə onları təhqir etməyib, bir balaca fəaliyyətlərinə və ya fəaliyyətsizliklərinə işıq salsa, qulbeçələri həmin adamı dövləti cinayətlərdə ittiham edər, imkanları olsa, quldarlıq dövründə olduğu kimi çarmıxa çəkib yol kənarındakı elektrik dirəklərindən asarlar. Təsadüfi deyil ki, YAP-ın aparıcı şəxslərindən olan Siyavuş Novruzov Milli Məclisin son iclaslarından birində çıxış edərək dedi ki, “biz o səviyyəyə düşmək istəmirik, deyib, yaxanızı kənara çəkdiyiniz bəsdir, mövqeyinizi bildirin”. Amma nə dəyişdi? Heç nə”.

V.Nəsibov

635x100

Şərhlər

Sara xanıma 2019-01-12 16:38:23

Məтbuaт (Ukraуna Rusiуa) müharibəуə qədər hədsiz уalan riтorikası ilə nüvə тəhlükəsinə aparır. Уazılı imzasız ifadə cinaуəт sтausu almalı olacaq. SOУÜŞ həmişədən acizlik hissinin havaуa son kopüуü(ifadəsi) kimi qəbul edilib. Soуüş, adəтən ozəl iki nəfər (uzagı qonşular) arasında ani və уalnız şifahi olur. BMТ və dovləтləri illərlə oz qəтnamələrini məcburi eтmirsə soуüşün, daha gen qloballaşan Azərbaуcanа aidiууaтı və тəsiri də gozlənmir.

S.Ənvərqızı 2019-01-12 16:38:23

Cənab Deputat! Hər bir məmur öz xidmətləri ilə cənab Prezidentin etimadını doğrultmalıdır.Əfsuslar olsun ki,yeni təyin olunan məmurlar öz xidmətləri ilə vətəndaşı dövlətdən narazı salırlar. Uzun müddətdir ki,PA-na müraciət edirəm,araşdırılmadan müraciətlərim Rabitə Nazirliyinə göndərilir,nəzarət sistemi olmadığından,müraciətlərimə başdansovdu,qanunsuz,təhrif olunmuş,süründürməçiliyə yol açan,təhqir olunmuş cavab verməklə vətəndaşı dövlətdən narazı salırar və Rəhbərə qarşı müxalifət yetişdirirlər.Nəzarət güç

Sara 2019-01-12 16:38:23

.... Iki dene soyush soyenden bu geder gorxursunuz .....

G M 2019-01-12 16:38:23

Nətəhr ``vayımıza oturası`` bir vaqon mərsiyə deyən arvad çatışmır.İqtidar ``5-ci kalonun``,müxalifət ``agent,satqının`` xofunda yaşayır.Deməli, hər iki tərəfin ehtiyat edəcəyi rəqib ``düşmən`` daxillərindədir.Kənarda düşmən axtarmırlar.Burda bir dəli ağlamaq keçir könlümdən.

NURəddin 2019-01-12 16:38:23

ƏGƏR QÜDRƏT HƏSƏNQULİYEV HƏYƏCAN TƏBİLİ ÇALIRSA BU O DEMƏKDİR Kİ, DOĞRUDAN DA ƏTRAFDA KRİTİK BİR DURUM ƏMƏLƏ GƏLİB. İQTİDAR KOMANDASINDA BELƏ SİTUASİYALARDA BU ADAM QƏDƏR ƏNDİŞƏLƏNƏN VƏ ÖZ TƏLAŞ VƏ VAHİMƏSİNİ BİRUZƏ VERƏN İKİNCİ BİRİSİ YOXDUR. GÖRƏSƏN GƏLƏCƏKDƏN NİYƏ BU QƏDƏR QORXURLAR?

Ali Mamedov 2019-01-12 16:38:23

Xaricde oturub ermenlerin pulu ile maliyeleshen, Azerbaycanin elehine kompaniya aparanlari ve onlara destek verenleri her birimiz lenetlemeliyik. Bele insanlarin damarlarinda azerbaycanli qani axmir. Qarabagin xilasinin yalniz bir yolu var: Prezidentin etrafinda six birleshmek ve dushmenlerimize qarshi birlikde mubarize aparmaq.

Elli 2019-01-12 16:38:23

Sizin fikirləriniz cəmiyyət tərəfindən dəstəklənmir.

Mahatma 2019-01-12 16:38:23

Qüdrət müəllim, Siz hansı ölkənin beşinci kolonnasını nəzərdə tutursunuz, Rusiyanın, yoxsa İranın? Beşinci koloniyaların kökü .... gizlənir. Bu kökü tapmaq gərəkdir.

Mühəndis B. 2019-01-12 16:38:23

Ən boуük günah ... Siz də, Büтov AzXCP sədri kimi ən iri mənsəb sahibisiniz! Xalq Cəbhəsi Qarabagın azadlıgı üçün уaranıb. Ancaq Siуasi Dünуа, bir neçə nəfərin bir neçə aуlıq сəhdlərindən qeуri, bu sahədə heç bir hüquqi тələb eşiтməуib? Sizin debaтda уekdilliklə "Ulтimaтum" anonsunuzdan 9 aу keçir? Kənd və şəhər əhalisi illərdir normal тəsərrüfaт və sənaуe işi gozləуir. Əksinə, deqradasion qаrşıdurma ehтimallı laуihələrə hədsiz kapiтal qoуulur.

Həsənquliyev Qüdrətə 2019-01-12 16:38:23

Bu 5-ci kolon hansı ölkədə fəaliyyət göstərir? Bu ölkənin prezidenti,hüquq mühafizə,dövlət Təhlükəsizlik orqanları yoxdur?Bəs bu siz dedikləriniz necə baş verir? Bu suallara cavab sizin yazınıza görünmədiyi üçün ortaya çıxır.Cavabınız maraqlı olar.

Qüdrət bəyə 2019-01-12 16:38:23

Cücəni payızda sayarlar. Paşinyanın hakimiyyətə gəlməsinin Qarabağın işğaldan azad olmasına təsiri olsa çox gözəl.Amma buna hansı halda nail olmaq mümkündür? 25 ildir millətin başının altına yastıq qoyulub ki, guya kimsə bu işlə məşğuldur.Amma heç bir iş görülməyib.Yəni nəticə görünmür.Ona görə bu məsələ ilk növbədə Azərbaycanın rəsmilərindən asılıdır. 5-ci ,15-ci kolon bəhanələrdir.Azərbaycan xalqı Qarabağın azad olunmasını arzulayır.Rəsmilər bunu istəyirmi? Ho-ha deməklə donuz darıdan çıxmaz!

Əli 2019-01-12 16:38:23

Məqalədən sitat "Amma kimsə onları təhqir etməyib, bir balaca fəaliyyətlərinə və ya fəaliyyətsizliklərinə işıq salsa, qulbeçələri həmin adamı dövləti cinayətlərdə ittiham edər, imkanları olsa, quldarlıq dövründə olduğu kimi çarmıxa çəkib yol kənarındakı elektrik dirəklərindən asarlar." Misal kimi Mehman Hüseynovu göstərmək olar

aysberq 2019-01-12 16:38:23

Ey cənabi deputat! Bura Türkmənçay müqaviləsindən sonra Urusun həmişə 5-ci kolonu olaraq qalır. "Orsk" soyuducusunu nə tez yaddan çıxartdınız??

Qarabagll 2019-01-12 16:38:23

5.ci.kalonun.başcllarl....

EJDER 2019-01-12 16:38:23

BRABO,MOLODES...KIM GELIR GELSIN.HESAB EDIREM KI,HERBLE ALINAN TORPAQI,URUS ERMENI DIQASI SULHLE QAYTARMIJAQ.KIMI ALLADIIQ...25 IL KECIB,2019 CI IL GUYA DONUW ILI OLAJAQ,LUKAWENKO CANI,YALANDIR...HAYDI IRELI

o.b.n 2019-01-12 16:38:23

Mubariz Müxalifəti olan ölkənin,güclu İktidarı olur bəy və belə cəmiyyətdə isə 5-ci kolon olmur. Müxalifəti məhv edilmiş ölkədə isə 5-ci kolon aktivləşir.Beləki 5-ci kolonun üzvlərin yuxarı eşalonda axtarın.XI qırmızı ordu gələndə (5-ci kolon)Çingiz ildırım topları Parlamet binasına yönəltdi.İnqilabı fanatiklər edir.İnqilab isə pulsuz baş tutmur.Pul isə müxalifətdə yox,sizin ətrafınızdakılardadır.Təhlükə İsa Qənbərdən yox büdccəni talan edənlərdən gələr.

Köhnə azərbaycanlı 2019-01-12 16:38:23

Qüdrət bəy sadaladıqlarınızı bilmək üçün siyasətçi olmaq lazım deyil, 5-ci kolona xidmət eddənləri, hətta rəhbər vəzifə tutanları da sadə xalqın nümayəndələri bilir. Belə anonim yazılardan gündə 100-larca yazmaq olar. Sizdən daha maraqlı yazılar gözləyirik.

Son yazılar