ABŞ universiteti tələbələrə Çində WhatsApp-dan istifadə etməməyə çağırıb

ABŞ-ın Kaliforniya universiteti öz tələbə və müəllimlərinə Çində olarkən WhatsApp və WeChat kimi populyar messencerlərdən istifadə etməməyə çağırıb.

Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

Amerikalılar tələbələrin yazdıqları mesajların Çində izlənildiyini və onların buna görə həbs olunma təhükəsi gözlədiyini açıqlayıb.

Unversitetdən verilən məlumata görə, Çin hüquq-mühafizə orqanları verilən mesajları onları ölkədən buraxmamaq məqsədilə bəhanə kimi istifadə edə bilər.

Qeyd olunur ki, keçən ilin dekabr ayında Çində Kanadanın iki vətəndaşı, diplomat Maykl Kovriq və “Paektu Cultural Exchange” qeyri-hökumət təşkilatının sahibi Maykl Speyvor həbs edilib. Onlar ÇXR-in milli təhlükəsizliyinə təhdid törədən fəaliyyət göstərməkdə ittiham olunur.

Siyasi müşahidəçilər kanadalıların həbsini çinlilərin keçən ilin dekabrın 1-də Vankuverdə həbs olunan Huawei şirkətiin maliyyə direktoru Men Vançjounun saxlanılmasına cavab olaraq qiymətləndiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar