Fransada "sarı jiletlilər"in aksiyasında 32 min insan iştirak edir

Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in aksiyasında təxminən 32 min insan iştirak edir. BFMTV telekanalı xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.Telekanalın məlumatına görə, təkcə Parisdəki aksiyalarda 8 min nümayişçi iştirak edir.

Qeyd edək ki, bu gün "sarı jiletlilər" 9-cu dəfə Fransa şəhərlərinin küçələrinə çıxıblar. Daha əvvəl bildirilib ki, Parisdəki aksiyaların gedişində 40-dan çox etirazçı saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar