Azərbaycan karateçiləri iki medal qazandı - Xorvatiyada

Karate üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Xorvatiyanın Samobor şəhərində keçirilən 28-ci Qran-Pri tirnirində uğurla çıxış edib.

Teleqraf.com xəbər verir ki, komandanın üzvləri Hüseyn Məmmədli (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fidan Dadaşova (47 kq) isə bürünc medala layiq görülüb.

Yanvarın 11-dən 13-dək keçirilən ənənəvi yarışda yeniyetmə və gənclərdən ibarət seçmə komandamızın 22 üzvü iştirak edir. Qran-Priyə 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi qatılıb.

Qeyd edək ki, Xorvatiya səfəri karateçilərimiz üçün fevralın 8-dən 10-dək Danimarkanın Aalborq şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar