Salah “Liverpul”a qələbə qazandırdı

Dərc olunub: 12/01/2019 - 21:20

salahİngiltərə Premyer Liqasında 22-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, səfərdə “Brayton”un qonağı olan “Liverpul” rəqibini minimal hesabla məğlub edib. Məhəmməd Salahın 50-ci dəqiqədə penaltidən vurduğu qol mersisaydlılara qələbə qazandırıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 57-yə yüksəldən “Liverpul” zirvədəki yerini qoruyub. Liderdən 1 oyun az keçirən “Mançester Siti” 50 xalla 2-ci, 48 xalı olan “Tottenhem” 3-cüdür. “Çelsi” isə 44 xalla 4-ci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası, 22-ci tur

12 yanvar (şənbə)

“Vest Hem” – “Arsenal” – 1:0
Qol: D. Rays, 48

“Brayton” – “Liverpul” – 0:1
Qol: M. Salah, 50-pen

“Börnli” – “Fulhem” – 2:1
Qollar: A. Şurle, 2, (0:1), C. Brayn, 20-avtoqol (1:1), D. Odoi, 23-avtoqol (2:1)

“Kardiff Siti” – “Haddersfild” – 0:0

“Kristal Pelas” – “Uotford” – 1:2
Qollar: K. Kətçartd, 38-avtoqol (1:0), K. Kətçart, 67 (1:1), T. Kleverli, 74, (2:1)

“Lester” – “Sauthempton” – 1:2
Qollar: C. U. Prouz, 11-pen (0:1), Ş. Lonq, 45 (0:2), U. Ndidi, 58 (1:2)








loading...


Fikrinizi bildirin