Türkiyə yeni əməliyyata hazırlıq işlərinə başlayıb

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin milli müdafiə naziri Hülusi Akar bəyan edib ki, Suriyada kürd sitlahlı birləşmələrinə qarşı yeni əməliyyat yaxın vaxtlarda başlanacaq.

Onun sözlərinə görə, ordu artıq intensiv hazırlıq işərinə başlayıb və əməliyyatın bütün vacib planlarını hazırlayıb («NTV»).

Türkiyə Mənbici və Ərəfatın şərqini öz prioriteti hesab edir - burada Türkiyənin terrorçu hesab etdiyi «Xalq özünümüdafiə qüvvələri» dəstələri dislokasiya olunub.

Akar qeyd edib ki, Türkiyə terrorçuları «öz səngərdərində dəfn etmək» üçün ciddi əhval-ruhiyyədədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar