Merkel Avropanı fəlakətdən yayınmağa çağırıb - Şovinizmi tənqid edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın kansleri Angela Merkel millətçilik siyasəti və Avropada vüsət almaqda olan milliyətçi hərəkatları tənqid edib və bildirib ki, bunlar növbəti dəfə fəlakətə gətirib çıxarda bilər («Bloomberq»).

Afinaya səfəri zamanı Merkel «fərqli siyasi ailələrə» məxsus olmalarına baxmayaraq, Yunanıstanın Baş naziri Aleksis Tsiprası müttəfiq adlandırıb.

Kansler qeyd edib ki, millətçilikdən qaçmaq üçün Avropa dövlətləri əməkdaşlıq etməlidirlər, çünki millətçilik dəfələrlə fəlakətə gətirib çıxardıb.

Bundan sonra Afinadakı alman məktəbinin tələbələri ilə görüşü zamanı Merkel seçiciləri tək-tək fəaliyyət göstərməyə çağıran populistləri də tənqid atəşinə tutub.

«Bir çox almanlar sadəcə özləri üçün çalışdıqlarını deyərlər və bir sıra yunanlar da deyərlər ki, özləri üçün salışırlar... Bu, artıq təhlükəlidir» - kansler qeyd edib.

635x100

Şərhlər

Elli 2019-01-13 00:14:20

Angela Merkel Alman xalqının dəyərli qızıdır.

Son yazılar