Çörək və şirniyyatlar bahalaşdı - Fotolar

Son günlər respublika ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində qeydə alınan bahalaşma artıq çörək və digər un məmulatlarının qiymətində də özünü göstərməyə başlayıb.

“AzPolitika” Modern.az-a istinadla xəbər verir ki, 2018-ci ilin sonundan başlayaraq, 3-4 qəpikartan un qiymətləri 2019-cu ilin əvvəlindən etibarən 10 faizədək bahalaşıb.

İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq “Mehriban” unu 27 manatdan 28.50 manata, “Sarı Sünbül” unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, “Karmen” unu isə 25 manatdan 27 manatadək bahalaşıb.

İri mağaza və supermarketlərdə aparılan müşahidələr zamanı çörək və şirniyyatların qiymətinin də bahalaşdığı məlum olub. Əvvəllər çörəyi 40 qəpiyə satanlar indi 45 qəpiyə, 45 qəpiyə satanlar isə 50 qəpiyə təklif edir. Qiymət dəyişikliyi edilməyən bəzi zavodların çörəklərində isə çəkinin azaldığı əhəmiyyətli dərəcədə görünür.

Bundan əlavə, təxminən 10 gün əvvələ qədər 40 qəpiyə satılan qoğal 60 qəpiyə, 70 qəpiyə satılan xaçapuri 1 manata, 40 qəpiyə satılan smit 60 qəpiyə, 25 qəpiyə satılan sadə bulka 40 qəpiyə, 60 qəpiyə satılan açma 75 qəpiyə, 70 qəpiyə satılan mini pizza 90 qəpiyə təklif edilir. Həmçinin, tortların da kiloqramında 1 manatadək bahalaşma qeydə alınır.

İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır:

“Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edib”.

Ekspertin sözlərinə görə, şirniyyatların qiyməti yeni il ərəfəsindən etibarən bahalaşmağa başlayıb:

“Bunu həm unun bahalaşması, həm də bayramla əlaqələndirmək olar”.

635x100

Şərhlər

Sedaqet 2019-01-13 11:49:53

Kend təsəruffati nazirinin 1 illik fealiyyetinin neticəsi... . Taxilın statistikasına baxin yalan şişirdilmiş məlumatlara baxin və nəticə göz önundə..... ASANçılar bizi işiqlı gələcəyə aparir.... 9 ayliq hesabatda ne hesab verecek inam kerimov? Yene absurd? Hani verdiyi vədlər? Görduyu iş göz qabağına sifirin altina dushub.-0-0-0-0-0-0-0-0

Laden 2019-01-13 11:49:53

İnam müəllim k/t nazirliyini elə kadrlar toplayıb ki hələ biz bu günümüzə şükür edəcəyik

Əlosət Ağayev Şəki 2019-01-13 11:49:53

Xahiş edirəm bu video-nun şərh hissəsində mənim çörəklə bağlı çıxışımla tanış olun. https://youtu.be/XCPtwEulxG8

pensiyaçı 2019-01-13 11:49:53

Bəs Statistika 2.3 % bahalaşma olduğunu söyləyir.Elə bu 2.3 %-lə də pensiyaları artırmaq planlaşdırılır.Bu nə dərəcədə qanuni və əsaslıdır. Belə statistika məlumatları ilə ölkə, əhali saxlamaq ytcə olur?

Əlosət Ağayev Şək 2019-01-13 11:49:53

Çörək məsələsi mənim ən yaralı yerimdir. Şəki Şəhər Bələdiyyəsininə məxsuz "Sümbl"Çörək Zavodu istifadəyə verilən gündən " Bakı" növ çörəyi xəmir şəklində mağazalara satışa buraxırlar. Bu haqda mən dəfələrlə öz iradımı bildirsəm də,vəziyyət dəyişmir. Dünən mən kanal 13-də Şəki məmurlarınım pzbaşnalıqlarından bəhs edən video-da geniş şərh yazmışam. Buyurub tanış ola bilərsiniz. https://youtu.be/XCPtwEulxG8 Mən dəfələrlə qeyd etmişəm ki,məni çörəyin qiymətindən çox onun keyfiyyəti və qiymətə uyğun çəkisi maraqlandırır.

Vətəndaş 2019-01-13 11:49:53

Ölkədə bahalaşma baş alıb gedir, güzaranımız günü-gündən pisləşir. Nə də bahalaşsa gərək un və un məmulatları, eləcə də çörək qətiyyən bahalaşmamalıdır. Elimizdə belə bir deyim var: "Ac qılınca çapar" bildinizmi ey "hökmlü" məmurlar. Onsuz güzəranımızı yaxşılaşdırmaq əlinizdən gəlmir, heç olmasa....

Obyektiv 2019-01-13 11:49:53

Day buna da, ne deyesen!... ((

G M 2019-01-13 11:49:53

Çörəyin bahalaşması labütdür.Axı danışırlar ki,ölkədə klanlar arası ``qanlı``müharibə gedir.Böyük Vətən müharibəsi illərində də çörək baha olub.

Son yazılar