Fransada süni qar uçqunu yaratmaq istəyən iki nəfər həlak olub

Fransanın Moriyon dağ-xizək kurortunun iki əməkdaşı bol yağıntıdan sonra süni qar uçqunu yaratmaq üçün istifadə olunan partlayıcı qurğunu işə salan zaman zamanı həlak olub.

"Report" "Dauphine Libere" qəzetinə istinadla xəbər verir ki, əməkdaşlar bol qar yağıntısından sonra partlayıcı qurğunun köməkliyi ilə xizək bazası yaratmalı imişlər.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər gəlib, hadisənin səbəbləri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar