“Mançester Yunayted”dən ardıcıl 6-cı qələbə

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Tottenhem”lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu matçın 44-cü dəqiqəsində Markus Reşford vurub.

Beləliklə, Mançester təmsilçisi Ole-Qunner Sulşer baş məşqçi təyinatından sonra biri kubokda olmaqla keçirdiyi 6-cı oyununda da qələbə qazanıb.

Qeyd edək ki, “MY” 41 xalla turnir cədvəlinin 6-cı, “Tottenhem” isə 48 xalla 3-cü pilləsində qərarlaşıb. Lider “Liverpul”un 57 xalı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar