Cəmil Həsənli sabah vətənə qayıdır

Oqtay Gülalıyev: “Professor Cəmil Həsənli Avropa Birliyinin, Avropa Parlamentinin, Avropa Şurasının məsul şəxsləri görüşlər keçirib”

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli oktyabrın 13-dən Avropada səfərdədir. Səfər zamanı professor Cəmil Həsənli bir neçə Avropa ölkəsində mühüm görüşlər keçirib. Görüşlərdə 9 oktyabr seçkilərinin total saxtalaşdırılması ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin musavat.com-a dediyinə görə oktyabrın 18-i professor Cəmil Həsənli Azərbaycana dönəcək: “Cəmil Həsənlinin Fransada, sonra Brüsseldə görüşləri olub. Orada Avropa Birliyinin, Avropa Parlamentinin, Avropa Şurasının məsul şəxsləri, senatorları ilə görüşlər keçirib. Oktyabrın 18-də isə Cəmil Həsənli Vətənə dönəcək. Görüşlərlə bağlı təfərrüatlar Cəmil bəy qayıdandan sonra açıqlanacaq. Çünki görüşlər hələ tam başa çatmayıb, davam edir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar