Makron Davos iqtisadi forumunda iştirakdan imtina elib 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, hər il Davosda keçirilən Ümumdünya İqtisadi Forumu bu il Fransa prezidentin Emmanuel Makronun iştirakı olmadan keçiriləcək. Bu barədə Yelisey sarayının nümayəndəsi xəbər verib.

İmtinanın rəsmi səbəbi kimi Fransa prezidentinin həddindən artıq sıx qarfiki göstərilir. KİV-in fikrincə, isə Makron Forumda iştirakdan «sarı jiletlər» hərəkatının hökumət əleyhinə keçirdiyi etirazlar səbəbindən imtina edə bilər. Məlumdur ki, bu hərəkat Fransada 2018-ci ilin noyabrından başlanıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) lideri Donald Tramp Davos Forumuna getməkdən imtina edib.

Forum noyabrın 22-25-tarixlərində keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar