"Azercell" ilə dünyanı daha yaxşı görün!

“Azercell Telecom” MMC-nin dəstəyi ilə 2011-ci ildən fəaliyyət göstərən “Mobil Göz Klinikası” ötən ilə dair statistikasını infoqrafika formasında açıqlayıb.

Statistika 2017-ci ilin dekabrından 2018-ci ilin noyabr ayınadək olan dövrü əhatə edir. Bu müddət ərzində aşağıda göstərilmiş regionlara 33 səfər edilib, 975-i uşaq olmaqla 1368 vətəndaş müalicə edilib. 

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors in People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar