EBRD-nin regional direktoru dəyişir

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru dəyişir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Bruno Balvaneranı aprelin 1-dən Katarina Byorlin Hansen əvəz edəcək.

B.Balvanera isə isə EBRD-nin Mərkəzi Asiya ölkələri üzrə regional direktoru təyin olunub.

K.B.Hansen Cənubi Qafqaza regional direktor təyin edilməsindən məmnun olduğunu bildirib: “Qafqaz olduqca strateji regiondur. Bölgənin gələcək inkişafı üçün böyük potensialı var. EBRD bundan sonra da investisiyalar və islahatlar vasitəsilə burada inkişaf prosesini dəstəkləyəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar