AZƏRBAYCAN CƏNUBİ QAFQAZDA İQTİSADİ LİDERLİYİNİ İTİRİR - Ekspert Dünya Bankının proqnozunu açıqladı

Dərc olunub: 14/01/2019 - 17:23

qubad-ibadoglu2018-ci il Azərbaycanın Cənubi Qafqazdakı iqtisadi liderliyinin sonuncu ili oldu. Proqnozlara görə, hər nəfərə düşən milli gəlirə görə, Azərbaycan Qafqazdakı üstün mövqeyini 2019-cu ildə Gürcüstana, 2021-ci ildə isə Ermənistana uduzur”. Bu fikirlər iqtisadçı ekspert Qubad İbadoğlunun “facebook” səhifəsindən paylaşdığı yazıdan götürülüb.

“AzPolitika.info”nun məlumatına görə,  Qubad İbadoğlunun yazdır ki, Dünya Bankının 8 yanvar 2019-cu ildə dərc olunan “Qlobal iqtisadi perspektivlər”də təqdim olunan iqtisadi artım templərinə görə, cari ildə Azərbaycan Qafqazdakı iqtisadi liderliyinə son qoyulacaq: “Adambaşına düşən ÜDM göstəricisinə görə, Azərbaycan bu il Gürcüstandan, 2021-ci ildə də Ermənistandan geri qalacaq. Zəngin neft-qaz sərvətlərinə malik olan Azərbaycanda iqtisadi artımın yaxın 4 ildə Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfəyədək aşağı olması səbəbindən ölkəmiz 2021-ci ildən sonra Qafqazda ən kasıb ölkə sayılacaq”. 

Q. İbadoğlunun sözlərinə görə,  azadlıqlar və demokratiya sahəsində mövqeyini qonşulara çoxdan uduzan Azərbaycanın iqtisadi sahədə də xüsusilə Ermənistandan geri qalması hakimiyyətin səriştəsiz siyasətinin, pis idarəçiliyinin nəticəsidir.

AzPolitika.info






loading...


Fikrinizi bildirin