Əfqanıstanda partlayış törədilib, 4 nəfər ölüb, 44 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən terror hücumu nəticəsində 4 nəfər ölüb, 10-u uşaq olmaqla, 44 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Danış “Facebook”dakı səhifəsində yazıb.

Bundan əvvəl paytaxtın hava limanı yaxınlığında yerləşən, əsasən əcnəbilərin yaşadığı və güclü mühafizə olunan “Green Village” kompleksi yaxınlığında axşam saatlarında partlayıcı maddə ilə dolu avtomobilin partladıldığı bildirilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar