"Arsenal" Özili transferə çıxarır

"Arsenal”ın futbolçusu Mesut Özil komandadan göndərilir.

Qol.az-ın “Sky Sports”a istinadla yaydığı xəbərə görə, baş məşqçi Unay Emeri 30 yaşlı yarımmüdafiəçiyə özünə yeni klub tapmasını məsləhət görüb. Buna Almaniya millisinin sabiq üzvünün son vaxtlar uğursuz çıxışları səbəb olub. Özilin tranfserə çıxarılacağı bildirilir.

Qeyd edək ki, M. Özilin "topçular”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi. O, bu mövsüm ümumilikdə 16 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar