Dünya Bankını İvanka Trampa etibar edə bilərlər!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Dünya Bankının başçısı potsuna iddiaçıların müəyyən olunmasına başlanıb. Bankın ən böyük səhmdarı kimi, onun başçısı postuna namizəd bu ölkə tərəfindən irəli sürülür.

«The Financial Times» nəşrinin məlumatına görə, artıq ən azı 4 namizədin adı məlumdur. Onların arasında ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın da adı var. Hazırda İvanka atasının müşaviridir.

ABŞ hakimiyyəti üçün bu ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin, ABŞ beynəlxalq inkişaf üzrə milli Agentliyinin rəhbəri Mark Qrinin və maliyyə nazirinin müavini Devid Maliassın namizədliyi də maraq kəsb edir.

Bankın hazırkı rəhbəri Cim En Kim öz postunu fevralda təhvil verməlidir. Keçid dövründə banka icraçı direktor Kristalina Georgiyeva başçılıq edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar