«ABŞ prezidentinin hədələri Türkiyəni dayandıra bilməz» – İbrahim Qalın

Dərc olunub: 14/01/2019 - 22:35

ibrahim_kalin_210218«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Qalın bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının sanksiya təhdidləri Ankaranı Suriyadakı kürd terrorçu qruplaşmalarına qarşı mübarizədən çəkindirə bilməz.

O, ABŞ prezidenti Donald Trampın Türkiyəni çökdürməyin mümkünlüyü barədə bəyanatına sərt formada cavab verib və onu «strateji həmkarlığa» hörmətlə yanaşmağa çağırıb.

Türkiyə nümayəndəsinin sözlərinə görə, Vaşinqton özünün terrorçu təbliğatı ilə münasibətləri korlayır. Belə ki, Türkiyə «İslam dövləti» qruplaşması ilə kürd birləşmələri – Kürdüstan Fəhlə Partiyası, «Xalq özünümüdafiə qüvvələri» və «Demokratik itttifaq» arasında heç bir fərq görmür.

İbrahim Qalıq vəd edib ki, Suriya vətəndaşlarının və sadə kurdlərin müdafiə olunması məqsədilə kürd qruplaşmalarına qarşı mübarizə davam etdiriləcək.

«Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır. Biz, kürdləri və digər suriyalıları terrorçu təhdidlərdən müdafiə edəcəyik. Cənab Tramp, terrorçular sizin həmkarınız və müttəfiqiniz ola bilməzlər» – deyə, Qalın «Tvitter»də yazıb.








loading...


Fikrinizi bildirin