Şəkidə azyaşlını avtomobillə vurub öldürən şəxsin məhkəməsi başlayıb

Şəki Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Asiman Sədirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Şəki rayonunun Vərəzət kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 2014-cü il təvəllüdlü Mehrab İlham oğlu Qasımov babası ilə gedərkən qəfildən yolun hərəkət zolağına çıxıb. Bu zaman yolda "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan Baş Zəyzid kənd sakini A.Sədirov azyaşlını vurub. M.Qasımov aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar