Çində bıçaqlı şəxs ətrafdakılara hücum edib, ölən və yaralananlar var

Çində bıçaqla silahlanmış şəxs ətrafdakılara hücum edib.

"Report" "China News"a istinadla xəbər verir ki, hadisə Fuçjou şəhərində baş verib.

Bildirilir ki, hadisə zamanı 20 nəfər yaralanıb. Onlardan 1-i sonradan aldığı xəsarətlərdən ölüb. Cinayəti törədən şəxs çaya tullanıb.

İlkin məlumata görə, hadisəyə məişət zəminində mübahisə səbəb ola bilər.

Daha əvvəl Çində kömür mədəninin uçması nəticəsində 19 nəfər həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar