Televiziyaya şikayət edən 8 taksi sürücüsü işdən qovuldu - VİDEO

“Bakı Taksi” MMC bir neçə gün öncə ANS TV-nin “London taksiləri” ilə bağlı hazırladığı süjetə görə 8 sürücünü işdən azad edib.

Bu barədə azvision.az-a sürücülər özləri məlumat veriblər.

Bildirilib ki, ANS telekanalı bir müddət öncə “London taksi”lərlə bağlı reportaj hazırlayıb və efirə gedən kadrlarda sürücülərin görüntüləri əks olunub.

Buna görə də, “Bakı Taksi” MMC-nin rəhbərliyi efirə gedən videoda görünən sürücüləri işdən çıxarıb.

Eləcə də, digər sürücülərə xəbərdarlıq edilib ki, heç bir KİV-ə şikayət xarakterli məlumat verməsinlər, əks halda işdən kənarlaşdırılacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar