LONDONA MİLYONLAR YATIRAN ANARLARIN BAŞI DƏRDDƏ - Xüsusi komissiya yaradılır

Anar Məmmədov bu ölkədə ən çox varidatı olan azərbaycanlı hesab olunur 

Böyük Britaniyada fırıldaqçılıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə xüsusi qrup yaradılacaq. Bu barədə “Report” “Deutsche Welle”yə istinadən xəbər verir.Qrupa maliyyə naziri Filip Hammond və daxili işlər naziri Sacid Cavid rəhbərlik edəcək. “Santander”, “Lloyds” və “Barclays” banklarının nümayəndələri isə qrupun tərkibində yer alacaq.

S.Cavidin sözlərinə görə, rəsmi London korrupsiyaya qurşanmış fırıldaqçılara qarşı bütün cəbhələrdə addımlar atmaq niyyətindədir. Yeni antikorrupsiya strukturu əsasən Rusiyadan, MDB ölkələrindən, Nigeriyadan və Asiya ölkələrindən gələn pul vəsaitlərinə diqqət yetirəcək.

Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, ölkədə hər il ümumi dəyəri 14,4 milyard funt sterlinqə bərabər olan iqtisadi cinayətlər törədilir.

İngiltərə bir neçə il bundan əvvələdək oliqarxlar üçün cənnət sayılırdı və bu ölkəyə yönləndirilən pulların mənbələri ilə rəsmi London maraqlanmırdı. Amma dünyada çirkli pulların yuyulmasına göz yuman ölkə kimi tanınması Britaniyanı narahat etməyə başladı. Məlumdur ki, Britaniyada Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevaya qarşı vəsaitlərin mənimsənməsi ittihamı üzrə iki cinayət işi qaldırıblar. Ev dustağı edilən xanım Hacıyevanın dəyəri milyonlarla funt-sterlinqlə ölçülən əmlaklarına həbs qoyulub. Qərardan da göründüyü kimi, Britaniya hökuməti adları korrupsiyada hallanan əcnəbilərin, eləcə də Azərbaycandan bu və ya digər səbəbdən qaçmış digər oliqarxların yaxasını buraxmaq fikrində deyil.

Zamirə Hacıyeva ile ilgili görsel sonucu

 Londonda  bəzi azərbaycanlı oliqarxların və iş adamlarının dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Amma məlumatlara görə, onlar arasında ən çox varidatı olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

“Yeni Müsavat”ın məlumatına görə, Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin (“National Crime Agency”) yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda deyilirdi ki, sabiq MTN şefi Eldar Mahmudovla oğlu Anar Mahmudovun, eləcə də sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Londonda mənbəyi şübhəli olan əmlakları var.

Britaniyada Məmmədovların “BROOKWOOD INTERNATIONAL lIMITED” şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən hələ bir neçə il bundan əvvəl 2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar bu malikanəni 9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanənin satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var.

“One Hyde Park” ile ilgili görsel sonucu

Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri Anar Məmmədovdur. Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır.

Tanınmış vəkil Əkrəm Həsənov hələ bir müddət əvvəl yerli mediaya açıqlamasında demişdi ki, “Britaniya yaxın vaxtlarda sabiq spiker Rəsul Quliyevin və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmlakına da həbs qoymaq niyyətindədir”. Güman ki, yeni yaradılacaq qrupun “qara siyahısı”na varidatının mənbəyi şübhəli olan bir neçə azərbaycanlı oliqarxın adı da salınıb. Bu sırada isə Məmmədovların başda olacağı gözləniləndir.  Yada salaq ki, A.Məmmədov iki ildən çoxdur ki, Azərbaycanı tərk edib və Bakıya hələ də bilinməyən səbəblərdən qayıtmır.

635x100

Şərhlər

Şiş papaq 2019-01-15 11:02:56

Bizim günümüzə bax də ölkədə ayda yüz manat tapıb başıəmızı dolandıra bilmədiyimiz halda bu haramzadalar ölkənin yüz milyonlarla pullarını xaricə daşıyıb milyon hoqqalardan çıxırlar. Bəs bu Korrupsiya idarəsi hara baxır niyə iş başlayıb onları tutmur, niyə korrupsiya bataqlığında üzən nazirləri, rəisləri, prokurorları, başçıları, hakimləri tutmurlar?......

veten dashi 2019-01-15 11:02:56

Bu böyuklükdə dövlət strukturları demək yalancı möhtəşəmlik görüntüsü yaradırlar.Belə olmasaydı bu qədər talançılar dəstəsi (hələ neçəsi papaq altındadı, cox keçməz Allah bu harınları azdırıb yolundan çıxarar inşallah özlərini ifşa edərlər,haram üzə çıxar)necə baş qaldırardı.Bu yolma-yoluq cücələr necə oldu ki ,sovetdən qalma nomenkulaturanı barmaqlarına doladılar.Daha sözüm yox ...Ey ulu tanrı SƏNİN ədalətindən başqa bir ədalət,SƏNİN qüdrətindən böyük qüdrət yox .Bu aclığ və səfalətə düçar edilmiş ......

Fikrət Hacıyev 2019-01-15 11:02:56

Halal zəhmətə alışmış, bərkə boşa düşmüş, çətinliklərə dözə bilən övlad tərbiyə etmək lazımdır. Gec də olsa oğurluqla toplanmış sərvət əldən gedir və çətinliyə alışmamış övladlar bədbəxt olur. Amma çox təəssüf ki, bu sərvətlərin necə toplanıldığını öz Dövlətimiz yoxlaya bilmir (istəmir?).

Azərbaycan vətəndaşı 2019-01-15 11:02:56

Elə yazırlar ki,guya bu iki nəfərin xarixdə filllası və yatrımı var.Azərbaycanda elə bir məmur yoxdur ki,onun xaricdə villası və şirkəti olmasın.Xalqın və dövlətin vəsaitini oğurlayıb özləri üçün hər şərait yaradıblar.Çox maraqlıdir ki,bunları varlığı yalnız məmurlar işdən çıxarılandan sonra bilinir.

ABDULQADIR 2019-01-15 11:02:56

dövletden ve xalqdan ogurladiqlarini ofshorlara ve buna benzer sichani tutmaga hazir maritda yatan,özünü yuxululuga vuran pishik kimi olan dövletlere dashiyirlar.Sonda da bu var-dövlet ne özlerini agilli sayan bu ogrulara nesib olmur,ne de ,,belkede qaytardilar,, düshüncesiyle vaxtinda bele ogurluqlarin qarshisini almayan,özünü görmürmüsh kimi yuxululuga vuran xalqa.

yengibar 2019-01-15 11:02:56

Bizim hüquq mühafizə (adı ilə əməli düz gəlmir nədənsə) orqanlarının işini London görür.Bizi isə Bakıda yeni yeni anarlar talayır.6 aydır bir kişi çıxıb demir ki, bu parkinq deyilən zadın pulları hansı erməninin cibinə gedir.

G M 2019-01-15 11:02:56

Kələklə gələn,Küləklə də gedər`` Bu Atalar sözü sırf Azərbaycan Atalar sözüdür.Və daima da Aktualdır.Əslində bütün bunlar oğurlanmış bu vəsaitin əsil sahibi olan Xalqın ah-naləsidir.Sonda hər kəsin burnundan gəlir.Kimliyindən asılı olmayaraq.

Son yazılar