«Rusiyanın Kuril adaları üzərində suverenliyi müzakirə mövzusu deyil» - Lavrov

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Rusiya xarixi işlər naziri Sergey Lavrov Yaponiyal həmkarı ilə danışıqların yekunlarınfdan danışıb. O, bəyan edib ki, Rusiyanın Kuril adaları üzərində suverenliyi müzakirə edilmir .

Lavrov xatırladıb ki, iki ölkənin mövqeyi lap əvvəldən diametral olaraq əkslik təşkil edib. O, əlavə edib ki, Moskva və Tokio 1956-cı il bəyannaməsi əsasında işləməyə hazır olduqlarını təsdiqləyiblər. Bu sənəd ilk addım olaraq, Yaponiyanın İkinci dünya müharibəsinin nəticələrini tam həcmdə, o cümlədən, Rusiyanın bütün Cənubi Kuril adaları üzərində suverenliyinin tanımasını nəzərdə tutur.

Eyni zamanda ölkələr Kuril adalarında birgə təsərrüfat fəaliyyətini həyata keçirmək üçün layihələr hazırlayırlar.

Rusiya xarici işlər naziri bəyan edib ki, Yaponiya ilə sülh müqaviləsi yalnız o halda imzalana bilər ki, bu ölkə İkinci dünya müharibəsinin nəticələrini tanımış olsun.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar