Tramp Türkiyə ilə bağlı fikrini dəyişdi

Bir müddət əvvəl Türkiyənin Suriyadakı kürdlərə hücumu zamanı Ankaranı ciddi iqtisadi problemlərlə təhdid edən ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra “Twitter” hesabında fikirlərini bölüşüb.

Tramp Ankara və Vaşinqton arasında iqtisadi əməkdaşlıq ilə bağlı nikbinliyini ifadə edib.

“ABŞ və Türkiyə arasında iqtisadi əməkdaşlıqlardan danışdıq - əməkdaşlığın əhəmiyyətli genişlənməsi üçün böyük potensial var”, - Tramp yazıb.

Xatırladır ki, dünən axşam saatlarında baş tutan telefon danışığı zamanı liderlər Suriyanın şimalında təhlükəsizlik zonalarının yaradılması məsələsini müzakirə ediblər. Donald Trampla Rəcəb Tayyib Ərdoğan razılığa gəliblər ki, tərəflər Menbiçlə bağlı “Yol xəritəsi” hazırlamalıdırlar.

Onların fikrincə, “Yol xəritəsi” ABŞ qoşunlarının Suriyadan tam çıxarılmasını nəzərdə tutmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar