Rusiya voleybolçuları Türkiyədə qəzaya düşdülər

Rusiyanın "Zenit" klubunun kişi voleybolçulardan ibarət komandasının avtobusu Türkiyədə qəzaya uğrayıb. "Hürriyet" yazır ki, hadisə paytaxt Ankarada baş verib. Komandanın voleybolçularının yer aldığı avtobus başqa bir avtomobillə toqquşub. Avtobus daha sonra polis maşını və digər iki avtomobilə də ziyan verib.

Hadisə nəticəsində iki nəfər yaralanıb. Uzun müddət qəza yerində qalan "Zenit"in oyunçuları otelə piyada gediblər. Xəstəxanaya yerləşdirilənlərdən Mert K. adlı şəxs xəstəxanadan qaçıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar