Ermənistanda "donuz qripi"ndən daha bir ölüm halı qeydə alınıb

Ermənistanda H1N1 tipli "A" qripindən ("donuz qripi") ikinci ölüm halı qeydə alınıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

"62 yaşlı kişi ürək çatışmazlığından vəfat edib. O, H1N1 tipli "A" qripinə yoluxmuşdu. Kişi həkimlərə gec müraciət edib", - məlumatda deyilir.

Qeyd edək ki, ötən həftə də bir qadın ölüb.

Ermənistan Səhiyyə Nazirliyinin mütəxəssisləri uşaq bağçaları və məktəblərdə monitorinq aparmaqda davam edirlər.

Daha əvvəl Ermənistanda 10-dan çox "donuz qripi"nə yoluxma halı qeydə alınıb.

Gürcüstanda isə "donuz qripi"ndən ölənlərin sayı 17 nəfərə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar