PREZİDENT BU NAZİRLİYİN SƏLAHİYYƏTLƏRİNİ AZALTDI

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Report”un məlumatına görə, fərmana əsasən 6-cı bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilib. Başqa sözlə, “Güzəştli mənzil” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Mənzil İnşaatı Dövlət Agentliyi və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə köməklik göstərilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Bununla da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub.

Sənədə əlavə edilən 8.3 bəndə görə, bu fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş qaydaya uyğun olaraq edilən müraciətlərin cavablandırılması, o cümlədən yaranan çətinliklərlə bağlı müraciətlər və onların aradan qaldırılması “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçiriləcək.

635x100

Şərhlər

S.Ənvərqızı 2019-01-15 21:18:21

Ümumiyyətlə NRYTN-i köklü şəkildə ləğv olunaraq başqa qurumun tabeçiliyinə verilsə müsbət dəyişiklik öz əksini tapa bilər... Rabitə Nazirliyi bərbad vəziyyətdədir,vətəndaşın şikayətinə baxmaq iqtidarında deyillər.Qanunun aliiyinə istinad edərək,vətəndaşın şikayətinə baxmaq əvəzinə,məmura öz sədaqətliyini göstərmək naminə,məmurun göstərişlərinə əməl etməklə,vətəndaşı dövlətdən narazı salır..Beləliklə öz yarıtmaz xidmətləri ilə cəmiyyətdə sosial narazılıqların yaradılmasına şərait yaradır..

yusif 2019-01-15 21:18:21

nəqliyyat hara... yuksək texnologiyalar hara????

Son yazılar