Almaniya Müdafiə Nazirliyinin əməkdaşı casusluqda şübhəli bilinir
Baxiş sayı:
Dərc olunub:
15/01/2019 - 17:22
Almaniya Müdafiə Nazirliyinin (bundesvehr) əməkdaşı Əbdül Həmid bir neçə il ərzində ən məxfi məlumatları İranın gizli xidmət orqanlarına ötürməkdə şübhəli bilinərək saxlanılıb.
“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, ölkəşünaslıq və dilçilik məsləhətçisi vəzifəsində çalışan, həm Almaniya, həm də Əfqanıstan vətəndaşı olan, 50 yaşlı Ə.Həmidin həbsi üçün Federal Prokurorluq tərəfindən hələ ötən ilin dekabrın 6-da order verilmişdi.
“Der Spiegel”ə görə, iş vəzifəsilə əlaqədar olaraq, şübhəli Əfqanıstandakı hərbi əməliyyatlar da daxil olmaqla bir çox mühüm məlumatları əldə etmək imkanına malik olub.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.