“Alışanov kimi yarıtmaz bir adamın AzTV-də rəhbər olması düzgün deyildi” - Qulu Məhərrəmli

“Arif Alışanovun vəzifədən azad edilməsi düzgün qərardır”.

Bunu Modern.az-a AzTV rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunması haqqında danışarkən tanınmış telejurnalsit, professor Qulu Məhərrəmli bildirib. O qeyd edib ki, bu qərar 12 il əvvəl verilsə, daha yaxşı olardı:

“Mən Arif Alışanov haqqında fikirlərimi çoxdan demişəm. Azərbaycan Televiziyası kimi tarixi ənənələri olan bir televiziyada Arif Alışanov kimi qeyri-peşəkar, yarıtmaz adamın uzun müddət rəhbər olması düzgün deyildi. Ona görə, ölkə başçısının bu qərarını alqışlayıram”.

Qeyd edək ki, Qulu Məhərrəmli və Arif Alışanov arasında 2016-cı ildən bəri davam edən məhkəmə prosesi medianın gündəminə çevrilmişdi. Tərəflər arasında narazılıq Q.Məhərrəmlinin həmin ilin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Həmin müsahibədən sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. Lakin uzun sürən prosesin nəticəsində Yasamal Rayon Məhkəməsi 2017-ci il fevralın 13-də tərəflərin məhkəmə çəkişməsinə xitam verib.

635x100

Şərhlər

vətəndaş 2019-01-15 18:08:41

Cənab Prezidentin belə bir sərəncamı Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova lazımdır...sağ əli elxan usubovun başına.......

Firudin Gəncəli 2019-01-15 18:08:41

Qulu bəy,indiyə kimi rəy bildirməmisən...Alışanov işlədiyi müddətdə yalnız özünə xidmət etdiyini kim bilmirdi ki? Amma heç biriniziin səsi çıxmırdı.

Azərbaycan vətəndaşı 2019-01-15 18:08:41

Təkcə Alışanov olsaydı dərd yarı idi.Demək olar ki,bütün sahələrdə yarıtmaz adamlar var.

Oqtay 2019-01-15 18:08:41

Ümumiyyətlə AZ TV tamam bağlansa heç kim hiss etməz cünki ona baxan yoxdur

miri 2019-01-15 18:08:41

Qulu bəyin fikirləri tam həqiqətdir. Amma onun ifadəsi ilə desək, belə "qeyri peşəkar, yarıtmaz adam" təkcə burda yox, hər yerdədir. Niyə? Çünki belə tələb edilir. Ona görədə hər gedənin arxasınca sevinməkdən başqa sadə millətə bir şey nəsib olmur. Zaman keçəndən sonra isə gedənin dünyadan köçmüşlərinə oxunan rəhmət sadəlövh sevincdən qat qat artıq olur.

hop-hopnamə 2019-01-15 18:08:41

Qulu müəllim, zato bu kürd 10 il ərzində 380-400 milyonun təpəsinə daş saldı!!! Əsas bu bacarıqdır. ...

t.ədalət 2019-01-15 18:08:41

... gizli bir kürd təşkilatının üzvü idi.Odur ki,Şamaxıda ....adama görə həbs edilmədi.Anti-türk mövqeyi ilə tanınırdı.Onun vəzifədən çıxarılmağı Prezidentin ən yaxşı sərəncamı hesab oluna bilər.

Son yazılar