Dünyanın ən bahalı futbolçuları müəyyənləşib

Dərc olunub: 15/01/2019 - 19:59

e3f9b2a9-6638-45e5-bb76-93b2aa869cadDünyanın ən bahalı futbolçularının adları bəlli olub.

“Report” xəbər verir ki, “KPMG Football Benchmark”ın araşdırmasına əsasən, Fransanın PSJ klubunun futbolçusu Neymar bu siyahıda ilk pillədə qərarlaşıb. 27 yaşlı braziliyalı hücumçunun transfer qiymətinin 229,1 milyon avro olduğu göstərilib.

Siyahının ikinci pilləsində isə PSJ-nin digər futbolçusu Kilian Mbappe yer alıb. 21 yaşlı fransalı hücumçunun qiyməti 215 milyon avro olaraq qiymətləndirilib. Üçüncü yerdə isə İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messidir. Argentinalı forvardın qiyməti isə 203,3 milyon avro təşkil edir.

İngiltərə “Liverpul”unun yarımmüdafiəçisi Məhəmməd Salah 168,3 milyon avro ilə 4-cü, İngiltərə “Tottenhem”inin forvardı Harri Keyn isə 151.1 milyon avro ilə beşincidir.

İtaliya “Yuventus”unun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo isə 107,3 milyon avro ilə siyahıda 12-ci pillədədir.

Qeyd edək ki, İspaniya “Real Madrid”ində çıxış edən “Qızıl Top”un hazırkı sahibi Luka Modriç 50 ən bahalı oyunçu sırasında yer almayıb.










loading...


Fikrinizi bildirin