Britaniya parlamentinin Lordlar palatası “Sərt Brexit” layihəsini dəstəkləməyib

Böyük Britaniya Parlamentinin Lordlar palatası ölkənin Avropa İttifaqından (Aİ) saziş imzalamadan çıxmasını, yəni “Sərt Brexit” variantını dəstəkləməyib.

“Report” xəbər verir ki, bu barədə palatanın “Twitter” səhifəsində məlumat verilib.

“Lordlar palatası Aİ üzvlüyündən sazişsiz çıxmaq ssenarisini rədd etməyi, İttifaqla gələcək əlaqələrə dair sazişin şərtlərindən təəssüf ifadə etməyi 152 əleyhinə səsə qarşı 321 səslə dəstəkləyib”, - Lordlar palatasının “Twitter” səhifəsində qeyd olunub.

Bu gün axşam parlamentin İcmalar palatasında keçiriləcək səsvermə də mənfi nəticə gətirsə, hökumət Avropa İttifaqı üzvlüyündən çıxmağa dair yeni referendum keçirmək barədə qanun layihəsini parlamentə təqdim etməli olacaq.

Xatırladaq ki, Avropa İttifaqı Böyük Britaniyanın təşkilatdan çəkilməsi barədə bir daha danışıqlar aparmayacaqlarını rəsmən təsdiqləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar