Kürdəmirdə fərdi yaşayış evi yanıb - VİDEO

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Muradxan kəndində qeydə alınıb.

Belə ki, yanğın kənd sakini Əbülfət Nemət oğlu Namətova məxsus ümumi sahəsi 91 kvadratmetr olan 4 otaqlı evdə baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar