Ermənistan ordusu 2018-ci ildə 63 hərbçi itirib - Statistika

Ermənistan ordusunun 2018-ci ildəki itkiləri açıqlanıb.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, ötən il Ermənistan Silahlı Qüvvələrinin 63 hərbçisi ölüb. Onların 27-si əsgər, 23 nəfəri müqavilə ilə xidmət keçən hərbçi, 2 nəfəri gizir, 11 nəfəri isə zabitdir. Ermənistanın baş prokurorluğundan bildilib ki, 38 halda baş verən ölüm hadisəsi hərbi xidmətlə bağlı olub. 25 ölüm hadisəsi isə xidmətdən kənar baş verib. Məlumata görə, 7 hərbçi qarşı tərəfdən açılan atəş nəticəsində ölüb, 11 nəfər isə intihar edib. Daha 2 nəfər silahla ehtiyatsız davranmanın nəticəsində həyatına son qoyub. Həmçinin 3 hərbçi xəstəlikdən, 1 nəfər minaya düşməsi səbəbindən, 3 nəfər bədbəxt hadisələrdən ölüb. 11 hərbçi yol nəqliyyat hadisəsi zamanı, 10 nəfər xəstəlikdən ölüb.

Məlumatda deyilir ki, 2017-ci ildə Ermənistan ordusunun itkilərinin sayı 73 olub. Onların 23 nəfəri düşmən gülləsindən ölüb, 10 nəfər isə intihar edib.

Qeyd edək ki, işğalçı ölkə Azərbaycan ərazisindəki itkilərini, həmçinin muzdlu döyüşçülərin, eyni zamanda separatçıların tərkibindəki hərbçilərin ölümünü adətən, açıqlamır. Bu mənada itkilərin daha çox olduğunu demək mümkündür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar