ABŞ artıq 2020-ci ildə ÜDM üzrə liderliyini itirəcək 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniyanın «Standard Chartered» bankının analitikləri proqnoz edirlər ki, artıq 2020-ci ildə Birləşmiş Ştatlar ümumi daxili məhsulun (ÜDM) həcmi üzrə dünyanın nəhəng ölkəsi olmaq mövqeyini itirəcək.

Bundan əlavə, ekspertlər proqnoz edirlər ki, 2030-cu ilə Çin və Hindistan Amerika Birləşmiş Ştatlarını (ABŞ) dünya liderləri siyahısında 3-cü pilləyə sıxışdıracaqlar.

Bankın ekspertləri öz nəticələrini alıcılıq qəbiliyyətinin paiteti nəzərə alınmaqla, ÜDM-in nominal ölçülərinin analizi ilə əsaslandırılar.

Bankda hesab edirlər ki, 2020-ci ilə dünya əhalisinin əksəriyyəti orta səviyyəyə aid olacaq və Asiya qitəsi bu təbəqənin artım ahənginə görə, liderlik edəcək.

Xatırladaq ki, bundan əvvəl Dünya Bankı (DB) «əlverişsiz amillərin və risklərin artımı» səbəbilə, dünya iqtisadiyyatının inkişaf pronozunu pisləşdirib, 2020-2021-ci illərdə artımın 2,8 faizə qədər yavaşımasını gözləyir. Bu zaman inkişaf etmiş ölkələdə artım ahəngi 2,0 faizə enəcək, 2019-cu ildə isə bu rəqəm 2,2 faizə bərabər olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar