Türkiyə Rusiyanın "S-400" sistemindən imtina etməyəcək 

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, qardaş ölkə prezidentinin mətbuat katibi İbrahim Qalın ölkəsinin Rusiyadan S-400 zenit-raket kompleksləri (ZRK) almaq niyyətini bir daha təsdiqləyib.

O, qeyd edib ki, ABŞ-dan «Petriot» ZRK-nin alınmasının mümkünlüyü bu sövdəyə təsir göstərməyəcək, çünki bunlar arasında heç bir əlaqə yoxdur. Bununla yanaşı, Vaşinqtonla danışıqlar davam edir.

Qalının sözlərinə görə, Türkiyə öz təlükəsizliyinin təmin olunması xatirinə lazım olan hər şeyi edəcək.

«Bizim mövqeyimiz əvvəlki kimi qalır:  milli təhlükəsizliyimizin təmin olunması üçün qaçılmaz hesab etdiyimiz hər şeyi edəcəyik - istənilən ölkədən lazım olan texnologiyaları əldə edəcəyik» - deyə, Qalın bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar